Sosial şəbəkələrdə vəzifəli şəxs olduğu iddia edilən daha bir nəfərin pornoqrafik videosu yayılıb.
RePost.Az-ın APA-ya istinadən məlumatına görə, paylaşımlarda iddia edilir ki, bu şəxs Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədr müavinidir.
Məsələ ilə bağlı açıqlama verən YAP Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib ki, partiyanın Salyan rayon təşkilatının Vüsal Həsənli adlı nəinki sədr müavini, rayon təşkilatı aparatının heç bu adlı əməkdaşı belə olmayıb.
Xatırladaq ki, bir neçə gün öncə YAP Binəqədi rayon təşkilatının sədr əvəzi Ramiz Göyüşovun da bənzər videosu sosial şəbəkələrdə yayılıb. Görüntülərdən sonra YAP məsələyə münasibət bildirib. Qeyd edilib ki, bu gün, yəni sentyabrın 10-da keçiriləcək iclasda Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılacaq.