Azərbaycan tərəfi Qafan-Gorus yolunda İran nömrəli maşınları yoxlayır.
RePost.Az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Xidməti məlumat yayıb ki, Azərbaycan bu gün saat 12:00-dan Qafan-Gorus yolunda qoyduğu postda İrandan Ermənistan tərəfə keçən maşınların sənəd və apardığı yükləri yoxlayır.
Qeyd edək ki, bu yaxınlarda həmin yolu Azərbaycan hərbiçiləri bağlamışdı, sonradan isə Azərbaycan tərəfin orada nəzarət postu yerləşdirməsilə yolda hərəkət bərpa edilmişdi.