Şəhid komandirinə görə, əsgəri Ali Baş Komandana təşəkkür etdi.
 
Bir neçə ay əvvəl saytımızda "Mərhum polkovnik-leytenantın 8 yaşlı qızı Prezidentə müraciət etdi - VİDEO" başlıqlı yazı işıq üzü görmüşdü. Cəlilabad rayon Günəşli kəndində 1981-ci ildə anadan olan Silahlı Qüvvələrin Polkovnik--leytenantı Miriyev Telman Mirbaba oğluna şəhidlik statusunun verilməsi ilə bağlı 10 yaşlı qızı Zeynəb Miriyeva Prezidentə müraciət etmişdi. 
 
RePost.Az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu, 2016-ci il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olmuşdu və buna görə şəhidlik statusu verilməmişdi.
 
Saytımıza mərhum Polkovnik-leytenantın əsgəri Masallı sakini Ağayev Elnur Azər oğlu açıqlama verərək bildirdi ki, Telman Miriyevə şəhidlik statusu verildi. Anası Xanımgül xanım ilə tez-tez əlaqə saxlayıram. Onun mənə verdiyi son məlumat "Telmana şəhidliy statusu verildi" oldu.
 
Şəhidin anası və öz adımdan cənab Prezidentə və Birinci Vitse-Prezidentə təşəkkürümü bildirirəm.
 

Baxış sayı: 6164 | Tarix: 13.09.2021
Bizi Telegramda izləyin: @repostaz