Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 157 yeni yoluxma faktı qeydə alınıb, 3 065 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 461 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib, aktiv xəstə sayı 42 646 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 123, ötən müddət ərzində isə ümumilikdə 4 661 119 test aparılıb.