“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistana uzatdıqları barış əlinə, barışa, sabitliyə nail olmaq üçün edilən təklifə qarşılıq verilməsi əhəmiyyətlidir”.
 
RePost.Az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.
 
“Fəqət təəssüf ki, bu məsələdə tam müsbət cavab olmasa da, bəzi iz və əlamətlər var. Bizim məqsədimiz tərəflərin sülh və təhlükəsiz şəraitdə yaşamasıdır. Bizim arzumuz Ermənistanın atəşkəsə riayət etməsi, hər hansı səhvə yol verməməsidir, eyni zamanda, regionda atəşkəsin davamlı olması və sabitliyin təmin olunmasını da vacib hesab edirik”, - deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.

Baxış sayı: 4587 | Tarix: 15.09.2021
Bizi Telegramda izləyin: @repostaz