Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.
Nazir bu barədə “Twitter” hesabında yazıb.
O qeyd edib ki, görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə Bankla əməkdaşlıq imkanlarını və yeni layihələri müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.