Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır.
Baku.ws-in təqdim etdiyi videoda görünür ki, çoxmərtəbəli binada mansard tikilir.
Tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığından ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. "Şazi MMC" tərəfindən aparılan tikinti işləri zamanı binanın damından düşən şifer parçaları aşağı düşür. Binanın həyətində maşınların saxlanıldığı və insanların hərəkət etdiyini nəzərə alsaq insanların ölümlə üz-üzə olduqlarını söyləmək olar.
Sakinlərin verdikləri məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini ancaq buna görə ona təzminat ödənmədiyini bildirib.