35 yaşlı Əhməd (ad şərtidir) adlı şəxs 14 yaşına çatmayan Səbinə (ad şərtidir) adlı məktəblini zorlamağa cəhd edib.
 
RePost.Az "oxu.az"a istinadən Gəncə Ağır Cinayətlər Məhkəməsinin sənədlərinə əsasən hadisənin təfərrüatını təqdim edir.
 
Hadisə Daşkəsən şəhərində ötən ilin avqust ayının 28-də baş verib. Dostları ilə bir gündə iki dəfə araq içərək sərxoş olan Əhməd zərərçəkmişin evinə gedib.
 
O, bu evə kustar üsulla hazırlanmış meyvə arağı almaq adı ilə gəlib. Həmin vaxt evdə Səbinədən başqa, iki azyaşlı bacısı və bir azyaşlı qardaşı olub. Səbinə evlərində araq olduğunu bildirsə də, qapını açmaq istəməyib.
 
Lakin Əhməd cibindən 1 manat pul çıxararaq, meyvə arağı alacağını və qapını açmasını istəyib. Bundan sonra Səbinə evin dəhlizində olan kartof qutusunun altındakı açarı götürərək pəncərədən Əhmədə verib.
 
Əhməd mənzilə girdikdən sonra onun qardaş və bacılarını digər otağa salaraq ondan bir stəkan su istəyib. Səbinə suyu gətirəndə Əhməd həmin stəkanı əlində sındıraraq yerə atıb və zorla onun əlindən tutaraq hamam otağına aparıb. Ondan sonra Əhməd qızı kürəyi üstdə çevirərək zorlamağa çalışıb. Bu zaman o, azyaşlıya qarşı iyrənc formada seksual xarakterli hərəkətlər edib.
 
Bacılardan Dürdanə Səbinənin hamam otağından qışqırtısını eşitdikdən sonra qonşuluqda yaşayan iki qadını köməyə çağırıb. Qonşular Əhmədin istəyinə mane olub və ona şillə zərbəsi endirib. Bundan sonra Əhməd hadisə yerindən qaçsa da, sonradan hüquq-mühafizə orqanları tərəfindən tutulub.
 
Əhməd barəsində 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
 
O, hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

Baxış sayı: 6164 | Tarix: 03.11.2021
Bizi Telegramda izləyin: @repostaz