Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb.
RePost.Az xəbər verir ki, 1993-cü ildə Ermənistan işğalçıları tərəfindən işğal edilib.
27 il sonra, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük II Qarabağ müharibəsinin nəticəsi olaraq 10 noyabr 2020-ci ildə imzalanan bəyanata görə 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.
Əslində bəyanata görə 15 noyabr tarixində Kəlbəcərin təhvil verililməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılıb. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü göstərilib. Azərbaycan isə növbəti dəfə humanizm prinsiplərinə sadiqliyini göstərib.