Digər Xəbərlər
Metronun "Cəfər Cabbarlı" stansiyasında təmir işləri başlayır.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin RePost.Az-a verdiyi məlumata görə, dekabrın 7-dən etibarən stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.
Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.
Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.
RePost.Az