“Neftçi” futbol klubu təqdirəlayiq addımı ilə diqqət çəkib.
 
BAKU.WS xəbər verir ki, “Qadına qarşı zorakılığa son!” şüarı ilə “16 günlük fəallıq” kampaniyasına dəstək vermək üçün Premyer Liqanın 12-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Səbail” matçına gələcək xanımlar stadiona biletsiz daxil olacaqlar.
 
İdmançılar "Səbail" ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcəklər!
 
Bu haqda “Neftçi” futbol klubunun rəsmi feysbuk səhifəsində məlumat verilib.
 
Layihənin keçirilməsində məqsəd qadın və qızlarımıza edilən zorakılığa qarşı çıxmaq, eyni zamanda onların azad yaşamaq hüququnun reallaşdırılmasına dəstək verməkdir.
 
Yarış noyabrın 27-si saat 18:15-də “Bakcell Arena”da baş tutacaq.
 
Matç Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və United Nations in Azerbaijan (BMT-nin Azərbaycandakı nümayəndəliyi) ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyası çərçivəsində reallaşacaq.


Baxış sayı: 5081 | Tarix: 27.11.2021
Bizi Telegramda izləyin: @repostaz