İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. 
 
RePost.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində İran prezidenti Seyid İbrahim Rəisi ilə baş tutan görüş zamanı bildirib.
 
"Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq", - deyə dövlət başçısı əlavə edib. 

Baxış sayı: 5746 | Tarix: 29.11.2021
Bizi Telegramda izləyin: @repostaz