İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə cərimə müəyyənləşir.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, idman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə müəyyənləşir.

Baxış sayı: 6658 | Tarix: 19.12.2021
Bizi Telegramda izləyin: @repostaz