Təsdiqlənmiş plana və təlimata uyğun olaraq bu gün Mingəçevir şəhərində 10 min kubmetr tutumlu mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, bununla əlaqədar gün ərzində şəhərə içməli suyun verilməsində fasilə olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.