Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Baxış sayı: 3447 | Tarix: 01.01.2022
Bizi Telegramda izləyin: @repostaz