Azərbaycanda Novruz çərşənbələrinin vaxtı məlum olub.
 
RePost.Az xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya bildirildiyinə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək.
 
Martın 1-i Od, 8-i Yel (Hava), 15-i isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
 
Qeyd edək ki, Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Baxış sayı: 1585 | Tarix: 12.01.2022
Bizi Telegramda izləyin: @repostaz