Artıq Şuşa və Ağdama səfər üçün biletlər satışa çıxarılıb.
Qarabağa getmək istəyənlər biletləri saytdan əldə edə bilərlər.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev Bakı-Şuşa-Bakı üzrə bir istiqamət üçün bilet qiymətinin 10 manat 40 qəpik təyin edildiyini bildirmişdi.
Bakı-Ağdam 9,40 AZN, Əhmədbəyli-Şuşa istiqamətinə 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa 6 manat olaraq təyin edilib.
Anar Rzayev bildirib ki, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər marşrutlar üzrə isə həftədə 2 dəfə həyata keçiriləcək.