Biz Rusiya ilə Ukrayna arasında münaqişənin olmasını istəmirik. Xüsusilə Rusiya ilə ABŞ arasında dialoqun davam etməsini istəyirik.
RePost.Az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, NATO-nun tələblərini həm ABŞ, həm də Rusiya ilə bölüşdüklərini qeyd edib.
“NATO Rusiya Federasiyasındakı səfirinin fəaliyyətinin bərpa olunmasını istəyib”, - nazir vurğulayıb.
XİN başçısı diqqətə çatdırıb ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər tarixini Pekin Olimpiadasından sonra açıqlayacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib.