3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru oradakı ərzaqları şəxsi maşınına yüklətdirir.
RePost.Az "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimova məktəbin ərzağını anbardan öz şəxsi maşınına yüklətdirərək daşıtdırıb.
İddia edilib ki, direktor həmin ərzaqları müəyyən yerlərdə satışa çıxardır.
Tıhsil Nazirliyindən faktla bağlı araşdırma aparıldığı bildirilib.