“İkinci oxunuşda qanun layihəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəsi zamanı bu qanunla bağlı çıxış etmək istəyən deputatlar və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli də ora dəvət olunsun”.
 
RePost.Az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı spiker Sahibə Qafarova bildirib.
 
S. Qafarova birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə həmin iclasda sualları olan deputatların və V. Kərimlinin iştirakını təmin etməyi tapşırıb: “Həmin iclasda Vüsal Kərimli də deputatları maraqlandıran sualları cavablandırsın”.

Baxış sayı: 3485 | Tarix: 01.02.2022
Bizi Telegramda izləyin: @repostaz