Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, gecədən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.
 
Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 7 mm, Göygöldə 4 mm, Daşkəsəndə 2 mm, Quba, Qrız, Sarıbaş (Qax), Gədəbəydə 1 mm-dək qar, Sədərək, Şərur, Ordubadda 2 mm, Xaçmaz, Şabran, Bərdə, Kürdəmir, Lerik, Astara, Naxçıvan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək yağış yağıb.
 
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 46 sm, Sarıbaşda (Qax) 18 sm, Ləzədə 12 sm, Qrızda 10 sm, Göygöldə 5 sm, Daşkəsəndə 4 sm olub.
 
Şimal-qərb küləyi Naftalanda 32 m/s, Tərtərdə 28 m/s, Mingəçevirdə 25 m/s, Ceyrançöl, Şəki, Gəncə, Bərdədə 20 m/s, Ağdamda 18 m/s, Şəmkir, Zərdabda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.

Baxış sayı: 5974 | Tarix: 05.02.2022
Bizi Telegramda izləyin: @repostaz