Şəhid mayor Ruslan Cəfərovun həyat yoldaşı Nəzakət Əliyevaya verilən ev geri alınıb.
 
O bildirib ki, püşkatmada iştirak etdikdən sonra ona Xocasən qəsəbəsində yerləşən binada ev verilib.
 
“Bizə dedilər ki, gedib komendantdan açarlarınızı götürə bilərsiniz. Komendata yaxınlaşdıqda isə mənə səndlərimdə səhvlik olduğunu, düzəltmək üçün ona verməli olduğumu dedi”, – deyə şəhid xanımı qeyd edib.
 
Nəzakət Əliyeva bildirib ki, daha sonra sənədlərini geri ala bilməyib.


Baxış sayı: 3770 | Tarix: 16.02.2022
Bizi Telegramda izləyin: @repostaz