Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Putin və Makron Ukrayna ətrafındakı vəziyyətlə bağlı ciddi və açıq fikir mübadiləsi aparıblar”, - deyə Kremlin məlumatında bildirilib.
 
Qeyd olunub ki, Putin Makrona xüsusi hərbi əməliyyat keçirmək qərarının səbəbləri və şərtləri ilə bağlı hərtərəfli izah verib.
 
“Prezident Putinlə Vladimir Zelenskinin xahişi ilə açıq, birbaşa danışığım oldu. Ona Zelenskinin hərbi əməliyyatların tezliklə dayandırılması və onunla əlaqə qurmağa çalışan Zelenski ilə danışmasını xahiş etdim”, - deyə Makron söyləyib.
 
O, Ukrayna Prezidenti adından bu xahişi çatdırdığını qeyd edib.

Baxış sayı: 4948 | Tarix: 25.02.2022
Bizi Telegramda izləyin: @repostaz