Ukrayna-Belarus sərhədi yaxınlığında, Pripyat çayının sahilindəki iqamətgahda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
 
 Moskvadan gələn nümayəndə heyətinə Prezidentin köməkçisi, Rusiya Federasiyasının keçmiş mədəniyyət naziri Vladimir Medinski başçılıq edir. Onun tərkibinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və prezident administrasiyasının nümayəndələri də daxildir.
 
 Ukrayna nümayəndə heyətinə Ali Radada hakim «Слуга Народа» (Xalqın qulluqçusu) partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak daxildir.
 
 Zelenskinin ofisinin sözlərinə görə, danışıqların əsas məsələsi “dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır”.
 
 “Münaqişənin davam etdiyi hər saatda ölən Ukrayna vətəndaşları, Ukrayna əsgərləri olduğu üçün biz, şübhəsiz ki, mümkün qədər tez bəzi razılaşmaların əldə olunmasında maraqlıyıq. Bu razılaşmalar heç şübhəsiz hər iki tərəfin maraqlarına uyğun olmalıdır”, - Medinski öz növbəsində bildirib.

Baxış sayı: 5993 | Tarix: 28.02.2022
Bizi Telegramda izləyin: @repostaz