Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
RePost.Az-ın xəbərinə görə, Tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib.
Hulusi Akar humanitar vəziyyəti nəzərə alaraq, atəşkəsin elan edilməsinin vacibliyini Şoyqunun diqqətinə çatdırıb.