Xarkovda Ukraynanın 14-cü Knyazovsk briqadasının hərbçiləri sutka ərzində Rusiya qoşunlarının iki bölüyünü məhv edib.
 
“Report” xəbər verir ki, Ukrayna hərbçiləri həmçinin Rusiya hərbçilərinin olduğu avtobusu ələ keçirib.
 
Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 7 ədəd hava hücumundan müdafiə sistemləri, 3 ədəd İHA, 60 gəmi, 2 ədəd kater itirib.
 
Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələri Berdyansk aerodromunda “Toçka-U”nu vuraraq qarşı tərəfin texnikasını məhv edib.

Baxış sayı: 5442 | Tarix: 02.03.2022
Bizi Telegramda izləyin: @repostaz