“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.
 
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir.
 
"Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır", - qeyd olunub.

Baxış sayı: 4891 | Tarix: 05.03.2022
Bizi Telegramda izləyin: @repostaz