Digər Xəbərlər
Ukrayna münaqişəsinə görə dünyada aclıq ola bilər.
RePost.Az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının sözçüsü Tomson Piri deyib.
O qeyd edib ki, Avropanın çörək səbəti kimi tanınan Qara dəniz hövzəsi taxıl və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ən mühüm regionlardan biridir. Dünya buğda ixracının 30, qarğıdalı ixracının 20 və günəbaxan tədarükünün 76%-i Ukrayna və Rusiyanın payına düşür.
"Artan ərzaq və yanacaq qiymətləri onsuz da çoxalan istehlak xərclərini daha da artırır ki, bu da yoxsulluq və hətta aclığa gətirib çıxara bilər", - deyə BMT-nin sözçüsü vurğulayıb.