“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları vaxtında və tamamlanandan sonra başa çatacaq”.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
O, əlavə edib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə götürülməsi nəzərdə tutulub:
“Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”.