Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başa çatıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
 
Onun sözlərinə görə, danışıqlara sabaha qədər fasilə verilib.
 
Podolyak diqqətə çatdırıb ki, bu texniki xarakter daşıyır.
 
Xatırladaq ki, danışıqlar videoformatda keçirilib.

Baxış sayı: 6525 | Tarix: 14.03.2022
Bizi Telegramda izləyin: @repostaz