Qərb Rusiya cəmiyyətini “beşinci kolon”un əli ilə parçalamağa çalışır.
 
RePost.Az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi-sosial sahə ilə bağlı keçirdiyi müşavirədə çıxışı zamanı bildirib.
 
“Qərb Rusiya cəmiyyətini parçalamağa, “beşinci kolon”dan istifadə etməyə çalışır. Əsas ümid isə burada pul qazanıb, xaricdə yaşayan milli satqınlarla bağlıdır. Mən Mayamidə villaları olanları, fua-qra sevənləri qınamıram. Lakin elələri var ki, “ali kastada”da olmaq istəyir, Qərbdə oturur, amma onlardan ancaq istifadə olunur”, - Putin vurğulayıb.
 
Ukraynadaka keçiiləın hərbi əməliyatlara toxunan Rusiya Prezidenti qeyd edib ki, yaxın gələcəkdə Ukraynanın nüvə silahı ola bilərdi və bu silahın hədəfi Ruiya olacardı.
 
Vladimir Putin müşavirədə çıxışı zamanı Ukraynada bioloji laboratoriyaların olmasından danışıb.
 
“Ukraynada ABŞ-ın köməyi ilə işlənib hazırlanan bioloji materialların izini indi silməyə çalışırlar”, - Rusiya dövlət başçısı vurğulayıb.
 
 

Baxış sayı: 5138 | Tarix: 16.03.2022
Bizi Telegramda izləyin: @repostaz