Böyük Britaniya İrana olan tarixi maliyyə borcunu ödəyir.
 
APA xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Vallas açıqlama yayıb.
 
“10 mart 2022-ci ildə Müdafiə Nazirliyinə məxsus olan “International Military Services Limited" (IMS) şirkətinə məxsus borcun ödənilməsi üçün 393,8 milyon funt sterlinqin (515,5 milyon ABŞ dolları) ayrılması barədə qərar verdim.
 
Borc IMS Ltd. ilə inqilabdan əvvəlki İran hökuməti arasında imzalanmış müqavilə nəticəsində yaranıb. İran inqilabından sonra İranın Böyük Britaniyaya əvvəlcədən ödəniş etməsinə baxmayaraq, Britaniya şirkəti müqaviləni yerinə yetirməyib. Böyük Britaniya məhkəmələri və Beynəlxalq Arbitraj Məhkəməsi (ICC) borcun hələ də İran hökumətinə ödənilməli olduğunu təsdiqləyib”, - nazirin bəyanatında qeyd olunub.
 
Qeyd edək ki, 2021-ci ildə İran dövlət mediası adı açıqlanmayan İran rəsmilərinə istinadla bildirib ki, İranda hökuməti devirmək ittihamı ilə həbs olunan "Thomson Reuters Foundation"un əməkdaşı, Britaniya və İran vətəndaşı olan Nazanin Zaghari-Ratcliffe Britaniya sözügedən borcu ödədikdən sonra azad ediləcək. Bu gün isə Nazanin Zaghari-Ratcliffe sərbəst buraxılıb və o, Londona yola düşüb

Baxış sayı: 6297 | Tarix: 16.03.2022
Bizi Telegramda izləyin: @repostaz