AFFA-nın baş katibi dəyişib.
 
BAKU.WS xəbər verir ki, bu, bu gün qurumun İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib.
 
AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.
 
O, bu vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Baxış sayı: 5613 | Tarix: 17.03.2022
Bizi Telegramda izləyin: @repostaz