Bakıda və Abşeron yarımadasında bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən xəbərə görə, martın 20-də havanın arabir yağıntılı olacağı gözlənilir.
 
Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.
 
Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, səhər şimal-şərq küləyi 8-13 m/s. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq.
 
Martın 22-də havanın Arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq.
 
Martın 23-də Dəyişkən buludlu hava gözlənilir, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyi 8-13 m/s. Temperatur gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.
 

Baxış sayı: 3352 | Tarix: 19.03.2022
Bizi Telegramda izləyin: @repostaz