Şuşada qarın hündürlüyü 1 metri keçib.
 
RePost.Az-ın xəbərinə görə, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib.
 
M. Abbasov qeyd edib ki, Şuşada şiddətli qar yağmağa davam edir: “Hava temperaturu mənfi 5 dərəcədən aşağı düşüb. Qarın hündürlüyü 1 metrdən yuxarıdır. Şəhərin bütün texnikaları davamlı olaraq küçə və meydanları təmizləyir”.

Baxış sayı: 6506 | Tarix: 20.03.2022
Bizi Telegramda izləyin: @repostaz