“Azərbaycan” və “neft” anlayışları demək olar ki, ayrılmazdır. Belə ki, Azərbaycan neft yataqlarının hasilatı ilə hələ XX əsrin əvvəllərindən başlayaraq bazarın yarısını tutan ilkin ölkələridən biridir.
 
Neft Azərbaycan üçün mövcudluq əhəmiyyəti daşıyır. İndi isə neft  ölkədə iqtisadi tənəzzülün drammatik səbəblərindən biridir. Azərbaycanda dərk edilib ki, neft mərhələsi bitib və hazırda istisadiyyatın şaxələndirilməsi daha vacibdir.
 
RePost.az 1news-a istinadən xəbər verir ki, bu haqda Veyd Şepardın Forbes jurnalında dərc edilən məqaləsində yer alıb.
 
Şepard – “Çinin kabus-şəhərləri: dünyanın ən sıx məskunlaşan ölkəsində insansız şəhər” kitabının müəllifidir. Hazırda o, Yeni İpək Yolu marşrutu üzrə səyahət edərək yeni kitabı üçün məlumatlar toplayır. 
 
Müəllif hesab edir ki, bu dönüş Azərbaycan üçün lazımlı idi. Belə ki, ölkənin neft gəlirlərindən istifadə edərək cəmisi 30 il inkişafı vardı. Bu, Qazaxıstan, İran və digər ölkələrdən də azdır. Və hazırda ölkə iqtisadiyyatı nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sahələrin inkişafı üçün bütün ehtiyatlarını cəlb edir.
 
“Bilirik ki, neft və qaz hər zaman stabil gəlir mənbəyi deyil. Bu faktor, eləcə də neftin gözlənilməz eniş qiymətləri bizi şaxələndirmə haqda düşünməyə vadar etdi”, - bunu İqtisadi İnkişaf və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib.
 
“Hökumət postneft mərhələnin inkişafı, ölkəni neft sektorunun tamamlanmasına yönəltmək haqda düşünür. Bunu üçün daha nə etməliyik?”, - bunu Kembric Univeristetinin məzunu, Azərbaycan logistikasının döyünən ürəyi olmağa can atan Bakı Limanının direktoru Taleh Ziyadov bildirib.
 
Müəllifin qeyd etdiyi kimi, Azərbaycanın gələcəyinə yol tarixə nəzər salmaqdan keçir. Azərbaycan topraqlarından keçərək Avropa və Asiyanı birləşdirən Böyük İpək Yolu dövrünə nəzər salın. Bu gün tarix bu qədim marşrutun bərpası üçün ilham mənbəyidir.
 
 “Monqolların parçalamasına qədər Azərbaycan Böyük İpək Yolunun bir hissəsi idi. Biz onu əvvəlki kimi bərpa edəcəyik”, - Ələtdəki limanın meneceri Eucin Siah bildirib.
 
 
 
Müəllif qeyd edir ki, keçmişdə olduğu kimi, bu gün də Azərbaycan Böyük İpək Yolunun mərkəzində yerləşərək Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməyə can atır. İndiyədək neftdən əldə edilmiş gəlirlərlə yeni avtomobil yolları, dəmir yolları, aeroport və dəniz limanları tikilib.
 
Beynəlxalq dərəcəli nəqliyyat qovşağına çevrilməyə çalışan Bakı MDB məkanında ən iri hava yükdaşıma terminallarından biri kimi fəaliyyət göstərir. Bakı yükdaşıma terminalı Lüksemburqdakı logistik mərkəzi təkaralayaraq, eləcə də texniki çətinlik baxımından eyniliyi təşkil edir.
 
2011-ci ildə Ələtdəki dəniz limanının ilkin tikiliş mərhələsi həyata keçirilib. Xəzərin sahilində yerləşən bu liman il ərzində 25 milyon ton yükün daşısını nəzərdə tutub. Bu da məhsulun yerlərdə istehsal edilib yüklənməsinə imkan verən nəhəng azad ticarət zonasını cəmləşdirəcək. 
 
Bakı həmçinin açılışı gələn ilin əvvəlində nəzərdə tutulmuş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əsas hissəsindən biridir. Bu xəttin açılışı Azərbaycanı Gürcüstan, Türkiyə və Avropa ilə birləşdirəcək.
 
Beynəlxalq avtomobil yolları baxımından Avropa Birliyi ilə Şərqi Avropanı, Qafqazla Mərkəzi Asiya ölkələrini birləşdirən TRASEKA dəhlizinin 503 km hissəsi Azərbaycandan keçir. Eləcə də bu, Rusiya ilə İranı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin orta hissəsidir.
 
Həmçinin gələcəkdə Azərbaycanda azad ticarət zonası yaradılması ilə bağlı söhbətlər aparılır. İlkin olaraq bu, elə görünürdü ki, Azərbaycan logistika imkanlarını həddindən artıq yaradıb. Tənqidçilər hesab edirdi ki, yeni yolların salınmasına ehtiyac yox idi. İndi isə hər şey daha fərqli görünür.
 
“Altı-yeddi il öncə nəqliyyat sahəsində yatırımaları mənfi olaraq qəbul edirdilər. Bu gün isə hamımız bu imkanlardan asılıyıq”, - Ələt limanının direktor müavinin məsləhətçisi Zaur Həsənov bildirib.
 
 
 
Müəllif qeyd edir ki, Bakıdan keçərək Çinlə Avropa arasında yüklərin daşınması dənizlə müqayisədə 2-3 dəfə daha sərfəli olacaq. Hesab edilir ki, Avropaya gedən yük qatarlarının məhsulları  Bakı Limanındakı paromlara yüklənəcək, Xəzərin əks istiqamətindəki Qazaxıstan və Türkmənistana göndəriləcək. Eyni sxem Çindən Avropaya da şamil ediləcək.
 
Hazırda Çinlə Avropa arasında ticarətin 95%-i Azərbaycandan dəniz vasitəsilə keçərək həyata keçirilir. Quru yolu ilə (qatarla) bahalı, tez bir zamanda çatdırılmalı məhsullar – elektrik avadanlıqlar, kənd təssərüafatı məhsulları, ət, çaxır və s. aparılır.
 
 
“Regionumuzda olan müxtəlif xammal, kifayət qədər neft və qaz, neft-kimya sənayesini inteqrasiya etməyə çalışırıq”, - T.Ziyadov bildirir.
 
İdeya bundadır ki, Yeni İpək Yolu ətrafında sənaye habları məhsulun daha asan çatdılmasına imkan verəcək.
 
Müəllifin qeyd etdiyi kimi, hər ölkə dünyanın iri bazarlarına yaxın yerləşmir. Azərbaycan bunlardan biridir. Ölkə dünyanın 70% əhalisi məskunlaşan, 75% enerji resurları və dünya ÜDM-nin 70%-ini təşkil edən Avrasiyanın mərkəzində yerləşir.
 
 
Həmçnin Azərbaycan əlavə imkanlar kimi turizm sahəsinin inkişafına da yatırım edir. Müəllifin sözlərinə görə, bu sahədə səylər Azərbaycan vizasının alınmasını asanlaşdırır.
 
Lakin Azərbaycanı gəlirlərinin  ¾ hissəsi hələ də neft sektorundan əldə edilir. 2014-cü ilin payızında dünya birjarlarında nefin qiymətinin qəfil enişi ölkə istisadiyyatını Rusiya, Qazaxıstanın istisadiyyatı kimi aşağı çəkdi.
 
2015-ci ilin dekabrında Azərbaycanın Mərkəzi Bankı manatın qorunmasını elan etdi. Hazırda manatın məzənnəsi enməkdə davam edir və 1 dollar 1,75 manata yüksəlib.
 
“İnkişaf edən neft ölkələrinin qarşısında öz çağırışları var. Neftin qiyməti yüksək olanda hər şey yaxşı olur. Neft enəndə yeni islahatlarla bağlı düşünmək, əvvəllər diqqət edilməyən imkanlara nəzər yetirmək lazımdır. Sevindirici haldır ki, ölkəmiz neftin qiyməti yüksək olan zaman müəyyən həcmdə işlər görüb”, - T.Ziyadov bildirib.
 

Baxış sayı: 4758 | Tarix: 07.12.2016
Bizi Telegramda izləyin: @repostaz