Azərbaycanda Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb.

Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər iki institut yeni yaradılan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərəcək.

Bundan başqa, Hərbi Elmi-Tədqiqat İnstitutu da MN-in nəzdində fəaliyyət göstərəcək.

Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin bazasında yaradılıb.


Baxış sayı: 2972 | Tarix: 20.05.2022
Bizi Telegramda izləyin: @repostaz