İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.
 
RePost.Az xəbər verir ki, ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.
 
İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü olacaq.
 
Qeyd edək ki, iyunda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.

Baxış sayı: 4055 | Tarix: 01.06.2022
Bizi Telegramda izləyin: @repostaz