28 iyun saat 08:30-a olan məlumata əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Qeyd olunub ki, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.

Baxış sayı: 4378 | Tarix: 28.06.2022
Bizi Telegramda izləyin: @repostaz