"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
 
Klub II təsnifat mərhələsində İsveçrə "Sürix" komandası üzərində qələbə qazanacağı təqdirdə, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, "Qarabağ" / "Sürix" duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.

Baxış sayı: 5404 | Tarix: 18.07.2022
Bizi Telegramda izləyin: @repostaz