Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayır.
 
Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
 
Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatır.
 
Bildirilib ki, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
 
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.

Baxış sayı: 5518 | Tarix: 22.07.2022
Bizi Telegramda izləyin: @repostaz