Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
 
Döyüşlər nəticəsində Rusiyanın 39 700 hərbçisi zərərsizləşdirilib.
 
Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 730 tank, 3 950 zirehli döyüş maşını, 876 artilleriya sistemi, 257 reaktiv yaylım atəşi sistemi, 116 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 188 helikopter, 719 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 832 avtomobil texnikası və avtosistern, 73 xüsusi texnikadan ibarətdir.

Baxış sayı: 4530 | Tarix: 25.07.2022
Bizi Telegramda izləyin: @repostaz