Dünən klublarımızın Konfrans Liqasında baş tutan görüşlərinin nəticəsi UEFA reytinqinə təsir edib. 
 
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında Azərbaycanın “Neftçi” və “Qəbələ” klubları qalib gəlib, “Zirə” isə heç-heçə edib. Onlar birlikdə daha 0,625 reytinq xalı qazanıblar.
 
Nəzərinizə çatdıraq ki, Azərbaycanın 5 il ərzində ümumilikdə 13.875 xalı var və bu göstərici ilə ölkəmiz hələ də UEFA-nın reytinq siyahısında 29-cu yerdədir.
 
Bu baxımdan klublarımız üçün ən yaxın rəqib Polşadır (15,125). Ardınca isə Sloveniya və Qazaxıstan (hər biri 12,375).
 
Qeyd edək ki, Azərbaycan mövsümə 12.625-lə başlayıb.

Baxış sayı: 1661 | Tarix: 29.07.2022
Bizi Telegramda izləyin: @repostaz