Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.
 
Qurban Qurbanovun yetirmələri Macarıstan çempionu “Ferensvaroş”u qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın birinci hissəsində azarkeşlər 3 qol izləsələr də, bunun biri hesaba alınmayıb. “Ferensvaroş”un hesabı açmasına baxmayaraq, Ağdam təmsilçisi bərabərlik topunu vurmağı bacarıb. İlk yarının sonlarında isə “Qarabağ”ın ikinci qolu VAR sisteminə baxıldıqdan sonra ləğv edilib.
 
İkinci hissədə mübarizə daha çox meydanın mərkəzində keçib. Nəticədə qarşılaşmada başqa qol olmayıb. “Qarabağ” cüzi üstünlüyünü qola çevirə bilməyincə, evdə bərabərliklə kifayətlənib.
 
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
3 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan) - 1:1
Qollar: Ovusu Kvabena, 34 - Frank Boli, 17
“Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 2. Qara Qarayev (k), 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 11. Ovusu Kvabena
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 6. Julio Romao, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
“Ferensvaroş”: 90. Deneş Dibus (k), 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristoffer Zahariassen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Ayssa Ləyduni
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Şoboş Merql, 15. Adnan Kovaçeviç, 23. Lorand Paska, Xenri Uinqo, 19. Balint Veçei, 44. Stepan Lonçar, 28. Karlos Auski, 50. Markinyos, 25. Ramus Telander, 76. Kristian Listeş, 5. Muhammed Basiç
Baş məşqçi: Stanislav Çerçesov
Baş hakim: Andreas Ekberq (İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 

Baxış sayı: 1604 | Tarix: 03.08.2022
Bizi Telegramda izləyin: @repostaz