Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisi əməkdaşlarının sərəncama götürülməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev RePost.Az-a bildirib ki, polis əməkdaşlarının işdən çıxarılması ilə bağlı iddialar əsassızdır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən videogörüntülər yayılıb. Görüntülərdə Səfər Mehdiyevin avtomobildən enərək polislərlə yüksək səs tonu ilə danışdığı əks olunub.