Bu gün “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
	 
	Komanda Avstriyada “Rapid” klubunun qonağı olacaq.
	 
	Vyanada “Allianz” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
	 
	UEFA Konfrans Liqası
	 
	III təsnifat mərhələsi, cavab oyunu
	 
	11 avqust
	 
	22:30. “Rapid” (Vyana, Avstriya) – “Neftçi” (Azərbaycan)
	 
	Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.