Nəsimi rayon prokurorluğu ötən gecə törədilən qətllə bağlı məlumat yayıb.
 
Prokurorluqdan verilən xəbərə görə, avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda istintaq tədbirləri davam edir.

Xatırladaq ki, mərhum naməlum kişinin qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.
 
N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.
 
Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.
 
Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

Baxış sayı: 5537 | Tarix: 15.08.2022
Bizi Telegramda izləyin: @repostaz