Elan saytlarından birində maraqlı elan yerləşdirilib.
	 
	RePost.Az xəbər verir ki, bu dəfə paltar, maşın, elektro-texnika deyil, qoyun sürüsü satışa çıxarılıb.
	 
	Elanın sahibi bildirir ki, 235 baş qoyunu ilkin qiymət olaraq 47 min manata müştərilərə təklif edir. Qoyunlardan 110-u balalıdır, qalanı isə boğazdır.
	 
	Elanda qeyd edilir ki, qoyunlar tək-tək yox, sürü şəklində satılır. Sürünün Zərdab rayonunda olduğu qeyd olunur.
	
	RePost.Az
	Mənbə: Baku.ws