G7 ölkələri Rusiya neftinin qiymətinə limit qoyulması barədə razılaşıb.
 
APA xəbər verir ki, bu barədə Sky News məlumat yayıb. G7 ölkələrinin maliyyə nazirləri neftlə yanaşı, Rusiyadan alınan qazla bağlı da qiymət limiti tətbiq edəcək.
 
Limit qiyməti müəyyən olunmuş normadan yüksəsk olacağı təqdirdə, həmin neftin dəniz yolu ilə daşınmasına qadağa qoyulacaq.
 
Bundan başqa, G7 maliyyə nazirləri Rusiya neftinin qiymətinin üst həddinin texniki məlumatlar əsasında müəyyənləşdiriləcəyini açıqlayıb.

Baxış sayı: 4359 | Tarix: 02.09.2022
Bizi Telegramda izləyin: @repostaz