Rusiyanın İrandan aldığı PUA-lardan Ukraynada geniş istifadə etməyə başladığına görə İranın Ukraynadakı səfiri akkreditasiyasından məhrum edildi.
Həmçinin, İranın Ukraynadakı diplomatlarının sayını da rəsmi Kiyev minimuma endirəcək.
Ukrayna XİN-dən bildirilib ki, Ukraynaya qarşı Rusiyaya silah satmaq Ukrayna ilə İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.